Ukrayna İnstitutu

Ukrayna İnstitutu
  • Український інститут
(УІ)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Ukrayna Ukrayna
Yaradılma tarixi 21 iyun 2017(Ukrayna Nazirlər Kabinetinin qərarı ilə)[1]
6 dekabr 2017 (Ukrayna Xarici İşlər nazirinin Ukrayna İnstitutunun yaradılması və nizamnaməsinin təsdiqlənməsi haqqında qərarı)[2]
2018-ci ilin yayı (fəaliyyətin başlanması)
Tabelik Ukrayna Xarici İşlər Nazirliyi
Ştat sayı 35[3]
Baş qərargah Kiyev, 01021, İnstitut küçəsi, 20/8
50°26′44″ şm. e. 30°32′03″ ş. u.HGYO
Ünvan вул. Інститутська, 20/8
Rəhbərlik
Nazir Dmitri Kuleba
Baş direktor Vladimir Şeyko

Açar sənəd Ukrayna İnstitutunun sənədləri
Rəsmi saytı ui.org.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ukrayna İnstitutu — Ukrayna mədəniyyətini təbliğ və təmsil edən Ukraynanın dövlət qurumu. İnstitut Ukrayna Nazirlər Kabineti tərəfindən 2017-ci ildə qurulmuşdur[4]. İnstitut Ukrayna Xarici İşlər Nazirliyinin idarəetmə sferasına daxildir. Agentlik tam fəaliyyətinə 2018-ci ilin yayında Vladimir Şeykonun bura rəhbər seçilməsindən sonra başlamışdır.

Funksiyaları

Təşkilatın başlıca məqsədi mədəniyyət diplomatiyası vasitəsilə Ukraynanın beynəlxalq və daxili mövqeyinin gücləndirilməsidir[5].

Ukrayna İnstitutunun fəaliyyəti özündə kino, musiqi, təsviri incəsənət, ədəbiyyat, ifaçılıq sənəti, akademik layihələr və proqramlar, mədəni diplomatiyanın inkişafı və araşdırmalar sahələrini birləşdirir.

2019-cu ildə institut 85 layihə reallaşdırmışdır. Bu layihələrə Nyu-Yorkda keçirilən Ukrayna Müasir Musiqi Festivalı, Avstriya-Ukrayna 2019 mədəniyyət ili, ukrayna dilində audiobələdçilərin dünya muzeylərində istifadəyə verilməsi, konsertlər İKT ilə əlaqəli hadisələr və başqalarını misal göstərmək olar[6]

Məqsədləri

  • Ukrayna dilinin və Ukrayna mədəniyyətinin xaricdə təbliği, Ukraynanın dünyanın mədəni, elmi tədbirlərdə iştirakı;
  • Beynəlxalq mobilliyin və qarşılıqlı mübadilənin dəstəklənməsi, mədəniyyət, təhsil, elm sahəsində beynəlxalq əməkdaşlığın dəstəklənməsi;
  • Tədqiqat platforması.

İstinadlar