VI Adrian

VI Adrian
lat. Hadrianus PP. VI
Doğum tarixi 2 mart 1459[1][2]
Doğum yeri
Vəfat tarixi 14 sentyabr 1523[1] (64 yaşında)
Vəfat yeri
Fəaliyyəti ilahiyyatçı, universitet müəllimi[d], katolik keşişi[d], filosof, Papa
Elmi dərəcəsi
  • İlahiyyat doktoru[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VI Adrian (lat. Hadrianus VI; it. Adriano VI; nid. Adrianus/Adriaan VI) və ya Adrian Florenszoon Buyyens van Utrext, Florents Dedal (nid. Adriaan Florenszoon Boeyens; 2 mart 1459[1][2], Utrext, Müqəddəs Roma imperiyası14 sentyabr 1523[1], Roma, Papa dövləti) — 1522-ci ildən Roma Papası. O, yeganə holland Papa olmuşdur. VI Adrian əslən Utrextdən idi. O, ilahiyyat professoru, sonra isə Löven Universitetinin rektoru olmuşdur. VI Adrian 1507-ci ildən gələcək imperator V Çarlzın tərbiyəçisi olmuşdur. O, 1516-cı ildə Tortoza yepiskopu, 1516-cı ildə AraqonNavarra inkvizitoru və 1517-ci ildə oranın kardinalı olmuşdur. Qısa pontifikliyi dövründə VI Adrian uğursuz olaraq Roma kuriyasında islahat aparmağa cəhd etmiş, reformasiyanın yayılmasını məhdudlaşdırmağa, Osmanlı imperiyasına qarşı müdafiə üçün Avropa hökmdarlarını barışdırmaq və birləşdirməyə çalışmışdır.[3]

İstinadlar

  1. 1 2 3 4 Rosa M. ADRIANO VI, papa // Dizionario Biografico degli Italiani (it.). 1960. Vol. 1.
  2. 1 2 Deutsches Biographisches Archiv.
  3. Большой Энциклопедический словарь. 2000. АДРИАН VI (Hadrianus).

Əlavə ədəbiyyat

Xarici keçidlər