Xırt

Xırt
41°08′00″ şm. e. 48°35′14″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 145 (2009) nəfər
Xəritəni göstər/gizlə
Xırt xəritədə
Xırt
Xırt

XırtAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir[1].

Toponimikası

Xırt oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Yan silsiləsinin ətəyindədir. Tədqiqatçılara görə, oykonimin əsli Sırtdır. Qədim türk dillərində sırt "sıra dağlar", "yal", "yayla", "qaya", "yüksək sıldırım sahil" və s. mənaları bildirir. Bu coğrafi termin Orta Asiya, Qazaxıstan, Sibir, Volqaboyu, Ural, Qafqaz, Kiçik Asiya, Balkan toponimiyasında da işlənir. Xırt tat dilinin Qonaqkənd ləhcəsində "sıldırım qaya, dağ" mənasını bildirir. Lakin Quba rnunun toponimiyasında "sırt" termini (Sırt Çiçi) olduğu kimi də işlənməkdədir. Xırt isə qəd. türk dillərində "köhnə" mənasını, müasir türk dillərində isə xırt/xurt/qurt variantında "yaşayış məntəqəsi" mənasını bildirir.[2]

Xırd sözü fars dilində kiçik, zərrə, balaca mənasını bildirir.

Əhalisi

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629