Yoşinori Oşumi
Yoşinori Oşumi | |
---|---|
Yoshinori Ohsumi | |
Doğum tarixi | |
Doğum yeri | Fukuoka, Yaponiya |
Vətəndaşlığı | Yaponiya |
Milliyyəti | yapon |
Elm sahəsi | molekulyar biologiya |
Elmi dərəcəsi | Professor (1974) |
Elmi adı | |
İş yeri | Tokio Texnologiya İnstitutu |
Alma-mater | Tokio Universiteti |
Təhsili |
|
Mükafatları |
Fiziologiya və tibb üzrə Nobel mükafatı (2016) Beynəlxalq Qayrdner mükafatı(2015) Wiley mükafatı(2016) Tibb elmində inkişafa görə(2017) |
www.ohsumilab.aro.iri.titech.ac.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Yoşinori Oşumi (yap. 大隅 良典, Ōsumi Yoshinori; 9 fevral 1945[2][3][…], Fukuoka, Fukuoka prefekturası, Yaponiya) — Yaponiyalı sitolog(Sitologiya-hüceyrələr haqqında elmdir) alim.Əsas işi autofagiyadır.Bu proses hüceyrə komponentlərinin məhv edilməsi və təkrarlanmasını özündə ehtiva eləyir.Oşumi Tokio Texnologiya İnistutunun İnnovativ Tədqiqatlar inistutunun professorudur.O.fundamental elmlər üzrə 2012-ci ildə Kioto mükafatını alıb,2016-cı ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatına ,2017-ci ildə isə autofagiya mexanizimləri üzərində apardığı işlərə görə Tibb elmində inkişafa(Breakthrough Prize in Life Sciences) görə mükafatına layiq görülmüşdür.
3 oktyabr 2016-cı ildə autofagiya mexanizmlərinin tədqiqatı işi ilə əlaqədar Fiziologiya və tibb üzrə Nobel mükafatı alıb.[4][5]
Həyatı və iş fəaliyyəti
Oşumi 1945-cı ilin 9 fevralında Yaponiyanın Fukuoka şəhərində doğulub.O.1967-ci ildə bakalavr dərəcəsini,1974-cü ildə isə elmlər doktoru dərəcəsini almışdır.Hər ikisini də Tokio universitetində.1974-1977-ci illərdə isə ABŞ-nin Nyu-York şəhərində yerləşmiş Rokfeller universitetində postdoktorantura dərəcəsinə yiyələnmişdir.
O,1977-ci ildə Tokio Universitetində elmi işçi vəzifisində çalışmışdır.1986-cı ildə mühazirəçi müəllim vəzifəsinə təyin olunmuşdur.1988-ci ildən isə dosent vəzifəsində çalışmışdır.1996-cı ildə isə o, Yaponiyanın Okozaki şəhərində yerləşmiş Əsas Biologiya İnistutunda professor vəzifəsində çalışmışdır.O,həm də 2004-2009-cu illərdə Hayama Prespektiv Araşdırmalar Universitetində çalışmışdır.2009-cu ildə isə o üç universitetdə fəxri professor vəzifəsinə layiq görülmüşdür.2014-cü ildə təqaüdə çıxmasından sonra o,Tokio Texnologiya İnstitutunun İnnovativ Tədqiqatlar İnstitutunda professor vəzifəsində çalışıb.Hal-hazırda o,adıçəkilən inistutda sitologiya üzrə öz elmi araşdırmalarına davam eləyir.
Autografiya-hələ o, öz elmi karyerasına başlamazdan öncə bir çox elm adamına məlum idi.Bu termin 1963-cü ildə yaradılmışdır.1990-cı illərdə Oşumini bir neçə elm adamı birgə maya içərisində autografiyanın morfologiyasını və hüceyrələrin autografiya qabiliyyətinə sahib olması üçün əsas genləri müəyyən edən maya hüceyrələrində mutasiya skrinina keçirildi.
2016-cı ildə o, "autografiya mexanizmlərinin kəşfinə görə" Fiziologiya və Tibb üzrə Nobel mükafatını qazanmışdır.O,25-ci Yaponiyalı alim olduki,Nobel mükafatına layiq görülüb.Oşuminin həyat yoldaşı Mariko isə Teikyo universitetində professor vəzifəsində çalışır.Oşumi ilə birgə bir neçə elmi məqalənin müəllifidir.
İstinadlar
- ↑ 1 2 3 4 https://orcid.org/0000-0003-2384-2166.
- ↑ Japan Society for the Promotion of Science. 1932.
- ↑ Rogers K. Yoshinori Ohsumi // Encyclopædia Britannica (ing.).
- ↑ "The Nobel Prize in Physiology or Medicine 2016". Press Release (ingilis). The Nobel Assembly at Karolinska Institutet. 2016-10-03. 2016-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-03.
- ↑ "Yapon alimi Yoşinori Oşumi 2016-cı ilin tibb üzrə Nobel mükafatının qalibi olub". Tanınmış insanlar. 2016-10-03. 2017-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-03.