Yuxarı Cibikli
Yuxarı Cibikli | |
---|---|
39°22′02″ şm. e. 46°26′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yuxarı Cibikli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası
Yuxarı Cibikli kəndi Kosakərəm (Bərgüşad çayının qolu) çayının sahilindədir. Keçmiş adı Tercür olmuşdur. Kənd Aşağı Cibikli kəndinə nisbətən bir qədər yüksəklikdə yerləşir. Oykonimin ikinci komponenti cibikli tayfasının adını əks etdirir.[2]
Əhalisi
Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli cibikli tayfasına mənsub olmuşdur.[3]
İstinadlar
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана. С. 102