Əsli İmanbinəsidir. Yaşayış məntəqəsi İman adlı şəxsə məxsus binə yerində salındığına görə belə adlandırılmışdır. 1961-ci ildən kənd yerini dəyişərək Tərtər çayının sahilindəki Əhmədoğlunun Şamı deyilən yerə köçmüşdür. Ona görə də kənd yerli əhali arasında Əhmədoğlunun Şamı da adlanır[2].