Tövlədərə

Tövlədərə
Ölkə

TövlədərəAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zivel kənd Sovetindən Tövlədərə kəndi Çıraq kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb.

Toponimikası

Yaşayış məntəqəsi əvvəllər qonşu Çiraq kəndinin binə yerində salınmişdir. Kəndin yerləşdiyi dərədə mal-qara tövləsi olduğu üçün dərə Tövlədərə adlanmışdır. Sonralar bu ad kəndə də verilmişdir. Oykonim "tövləsi olan dərədə yerləşən kənd" mənasındadır.[2]

Bu kəndin ərazisində qış və yay aylarında mal-qoyun saxlamaq üçün çox əlverişli bir şərait olduğundan, bu ərazidə Çıraq kəndinin sakinləri tövlə tikib heyvandarlıqla məşğul olurmuşlar. Sonralar həmin yerdə yaşayış məskəni salıb adını tövlədərə, yəni tövlələr yerləşən dərə qoyublar. Kəndin bünövrəsini Məmmədalı adlı bir şəxs qoymuşdur. O, kənd camaatının ulu babası sayılır.[3]

Coğrafiyası və iqlimi

Kənd dağlıq ərazidə yerləşir.

Yaylaqları

Kənddə Gamış yurdu, Boyun yurd, Balahasar yurdu, Hasarlı yurd, Bulaqların yurdu, Çalpapaq yurd, Malölən yurd, Gölyurd, Çatım yurd, Ellazın çüxurunun yurdu, Vəlinin çüxurunun yurdu, Şana yurdu, Taxta yurd, Əyri yurd.

Bulaqları

Novlu bulaq, Yarpızlı bulaq, Hasarlı bulağı, Sarı bulaq, Quru bulaq, Lilpər bulağı, Kərimin bulağı.

Məşhur yerləri

Güney, Çalpapaq, Məmmədalının yalı, Qayabaşı, Çəvlik, Qayalar, Dəlidağ, Kahalar, Tovləağzı, Manafuçan, Xaç, Baqqalın dərəsi, Təkədərəsi, Hümbətin xırmanı, Qobunun yalı, Şahverdibiçən yal, Sarımsaqlı qaya, İmanın qayası, Attutulan qaya, Oyux yeri, Xırman yerləri, Dovşan yalı, Təkəqayası, Qayabaşının kahaları, Ağnovlar, İsabiçən, Tövlədərə çayı.[3]

= Binələri və qışlaqları

Yuxarı binə.

İstinadlar

Həmçinin bax