Otqışlaq
Otqışlaq | |
---|---|
40°04′ şm. e. 45°59′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Otqışlaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd.[1]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi
Otqışlaq kəndi dağətəyi ərazidədir. Keçmiş adi Əmiralılar olmuşdur. XIX əsrdə Keşdək kəndindən ayrılmış Əmiralılar nəslinə mənsub ailələr həmin kəndə məxsus otlaq olan qışlaq yerində saldıqlarına görə kənd belə adlanmışdır. Oykonim “otlu, otla zəngin olan qışlaq” mənasındadır.[2]
İstinadlar
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Otqışlaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.