Aktinidiya

Aktinidiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Aktinidiya (lat. Actinidia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinə aid bitki cinsi. Onun iki növünün meyvəsindən istifadə olunur. Bunlardan biri kişmiş, digəri isə kolomikt aktinidadır. Adları çəkilən hər növ aktinida ağaclara sarılan incə budaqlı sarmaşıq bitkisidir. Bu növlərin ikisi də iyun ayında çiçəkləyir, meyvələri isə sentyabr – oktyabr aylarında yetişir. Meyvələri şirəlidir, xaşagələn şirin və ətirli dada malikdir.

Bu bitkilər bəzən dekorativ məqsəd üçün də becərilir. 1934-cü ildə bu bitkilərdən N. V. Miçurin seleksiya yolu ilə yeni, şaxtaya davamlı və məhsuldar meyvəli çeşidlər əldə etmişdir.

Aktinidanın meyvələri tam yetişən zaman toplanır. Uzaq məsafələrə göndərmək lazım gəldikdə vaqon soyuducularına yerləşdirilib yola salınır. Belə şəraitdə meyvələrin tərkibində olan C vitamini təmamilə saxlanır. Bundan başqa, aktinida meyvələri şəkərdə konservləşdirmək yolu ilə də mühafizə edilir. Yerli əhali isə meyvələri qurudaraq "izyum"ə və "kişmiş"ə çevirirlər.

Əhəmiyyəti

Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var.

Meyvələrdə olan C vitamininin miqdarı itburnu meyvələrinə nisbətən daha çoxdur. Bundan əlavə aktinida meyvəsində çoxlu miqdarda şəkər və üzvi turşular da vardır.

Aktinida meyvələrindən yerli əhali həm təzə-təzə, həm də qurudub istifadə edirlər. Meyvələrindən qənnadı sənayesində mürəbbə və şərbət hazırlanır.

Aktinida meyvələrindən sinqa xəstəliyində ən qiymətli və müalicə əhəmiyyətli xammal kimi istifadə edilir. Onun təzə dərilmiş və ya qəndə qatılmış meyvələri avitaminoz xəstəliklərinin ən gözəl dərmanı hesab olunur.

Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır.

Xərçəngin yaranmasına mane olur.

Qan təmizləyici xüsusiyyəti qan laxtalanması risqini əhəmiyyətli şəkildə azaldır.

Növləri

  • Sivriyarpaq aktinidiya (Actinidia arguta (Siebold et Zucc.) Planch. ex Miq.)
  • Kolomikt aktinidiyası (Actinidia kolomikta (Maxim.) Maxim.)
  • Poliqam aktinidiya (Actinidia polygama (Siebold et Zucc.) Miq.)
  • Actinidia arisanensis
  • Actinidia callosa
  • Actinidia carnosifolia
  • Actinidia chengkouensis
  • Actinidia chinensis
  • Actinidia chrysantha
  • Actinidia cinerascens
  • Actinidia cordifolia
  • Actinidia coriacea
  • Actinidia cylindrica
  • Actinidia deliciosa
  • Actinidia eriantha
  • Actinidia farinosa
  • Actinidia fasciculoides
  • Actinidia fortunatii
  • Actinidia fulvicoma
  • Actinidia giraldii
  • Actinidia glauco-callosa
  • Actinidia glaucophylla
  • Actinidia globosa
  • Actinidia gracilis
  • Actinidia grandiflora
  • Actinidia hemsleyana
  • Actinidia henryi
  • Actinidia holotricha
  • Actinidia indochinensis
  • Actinidia laevissima
  • Actinidia lanceolata
  • Actinidia latifolia
  • Actinidia leptophylla
  • Actinidia liangguangensis
  • Actinidia macrosperma
  • Actinidia maloides
  • Actinidia melanandra
  • Actinidia melliana
  • Actinidia obovata
  • Actinidia pilosula
  • Actinidia purpurea
  • Actinidia rubricaulis
  • Actinidia rubus
  • Actinidia rudis
  • Actinidia rufotricha
  • Actinidia sabiaefolia
  • Actinidia sorbifolia
  • Actinidia stellato-pilosa
  • Actinidia styracifolia
  • Actinidia suberifolia
  • Actinidia tetramera
  • Actinidia trichogyna
  • Actinidia ulmifolia
  • Actinidia umbelloides
  • Actinidia valvata
  • Actinidia venosa
  • Actinidia vitifolia

İstinadlar

Həmçinin bax