Fəs

Fəs — kişi baş geyimi. Adı Mərakeşin Fəs şəhərindən götürülmüşdür.

Osmanlı İmperiyası və ondan asılı olan ölkələrin şəhər əhalisi və kənd ziyalıları arasında dəbdə olmuşdur. Gənclər, əsasən, qırmızı və ya yaşıl rəngli, yaşlılar isə qara və ya tünd rəngli fəs qoyurdu. Fəs kəsik konus formasında astarlı olur, yuxarı kəsiyə rəngli saplardan 10—15 sm uzunluqda qotaz bənd edilirdi. Mahud və digər qiymətli parçalardan tikilirdi. Əyanlara məxsus fəslərin qotazları qiymztli qaş və muncuqlarla bəzədilirdi. 18261925 illərdə qara qotazlı qırmızı fəs Türkiyədə məmur və əsgərlərin rəsmi baş geyimi olmuşdur.

İstinadlar