Karbon qazı
Karbon qazı | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | CO2 |
Molyar kütlə | 44,01 q/mol q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 44,01 q/sm q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -78 °S |
Qaynama nöqtəsi | -57 °S |
Buxarın təzyiqi | 5.724.862,5 Pa |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 124-38-9 |
PubChem | 280 |
RTECS | FF6400000 |
ChEBI | 16526 |
BMT nömrəsi | 1013 |
ChemSpider | 274 |
Karbon qazı CO2 ,karbon(IV) oksid, karbon dioksid.
Fiziki xassələri
Rəngsiz, iysiz qazdır. Havadan ağırdır. Yanmır və yanmanın qarşısını alır. Atmosfer təzyiqdə -78,5 °C-dən aşağı temperaturda karbon qazı mayeləşmədən birbaşa bərk hala keçir. Ona görə də "quru buz" adlanır.
Alınması
Sənayedə:
- Təbii mineralların parçalanmasından:
CaCO3 □(→┴t ) CaO + CO2
- Təbii qazın yandırılmasından:
CH4 + 2O2 → CO2 + 2H2O
- Laboratoriyada karbonat turşusunun duzlarına qüvvətli turşularla təsir etməklə alınır
Na2CO3 + 2HCl → 2NaCl + CO2 + H2O
Kimyəvi xassələri
CO2 − karbonat turşusunun anhidrididir. Turşu oksidlərinin ümumi xassələrini göstərir:
- CO2+ H2O↔ H2CO3
- Na2O + CO2→Na2CO3
- 2NaOH + CO2 → Na2CO3 H2O
Karbon qazını əhəng suyu ilə təyin edirlər:
- Ca(OH)2 + CO2 → CaCO3 +H2O
Karbon qazı ammonyakla karbamid əmələ gətirir:
- CO2 + 2NH3 □(→┴t ) CO(NH2)2 + H2O
Oksidləşdirici kimi kömür və magneziumla reaksiyaya daxil olur:
- CO2 + C □(→┴t ) 2CO
- CO2 + 2Mg □(→┴t ) 2 MgO + C
Təbiətdə bitkilərin yaşıl yarpaqlarında(xlorofildə) fermentlərin iştirakı ilə havada olan karbon qazı və torpaqdan udulmuş su hesabına fotosintez prosesi gedir, qlükoza sintez olunur:
- 6CO2 + 6 H2O □(→┴hϑ ) C6H12O6 + 6O2
Toksikliyi
Zəhərli qaz deyil, amma havada karbon qazının normadan çox olması orqanizmə zəhərləyici təsir göstərərək hipoksiyaya səbəb olur.Tərkibində 1,5-3% CO2 olan hava ilə uzun müddət ( bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır, CO2 6%-dən çox olduqda isə ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır..
Tətbiqi
Karbon qazı soda, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin istehsalında, quru buzun alınmasında istifadə olunur. Həmçinin neftin çıxarılmasında, pensilin istehsalında, mədənlərdə partlayıcı maddələrin soyudulmasında, yanğının söndürülməsində tətbiq olunur.
Mənbə
- Краткая химическая энциклопедия.М., изд."Советская энциклопедия", 1967, т.V, с 314-315.
- Химический энциклопедический словарь. М., изд. "Советская энциклопедия", 1983, с.602.