Kisəlilər

Kisəlilər
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Klad:
Metatheria
Klad:
Marsupialiformes
İnfrasinif:
Kisəlilər
Beynəlxalq elmi adı

Kisəlilər (lat. Marsupialia) — məməlilər sinfinin vəhşi heyvanlar yarımsinfinə aid infrasinif.

Kisəlilərin 260 növündən çoxu Avstraliyada və Yeni Zelandiyada yaşayır. Onların 80 növünə Cənubi Amerikada rast gəlmək olar, bir növ Şimali Amerikada yaşayır. Avstraliyada yaşayan oposumlar kisəlilərin ən kiçikləridir, uzunluğu 5 sm olur. Əksər erkək kisəlilərin çantası var. Ancaq bəzi cırtdan kisəlilərdə bu yoxdur. Məsələn, Cənubi Amerikada torpaqeşənində. Belə vəhşiciklərdə kisəni məmələrinin kənarındakı dəri qatları əvəz edir. Təzə doğulmuş kenquru balası çox kiçik olur, cəmi 2 santimetr. O, anasının kisəsində sakitcə yaşayıb böyüyür. Bala kenquru anasının çantasına özü çıxır və onun döşlərindən süd əmməyə başlayır. Çəkisi 9 kiloqrama çatana qədər o, kisədə qalır. Çantalar vacib rol oynadığına görə belə heyvanları kisəlilər adlandırırlar. Marallar və qəzəllər kimi, Şimal yarımkürəsində yaşayan kenqurular da otla və qısaboylu bitkilərin yarpaqları ilə qidalanırlar. Güclü arxa pəncələrinin hesabına kenquru 65 km / s sürətlə qaça bilir.Yerindən 12 metr uzunluğuna tullana bilir.

Növləri

Kenqurunun 60-a qədər növü məlumdur. Avstraliyada və Yeni Zelandiyada onların hamısına rast gəlmək olur. Kenquru növlərinin ən böyüyü Kurən ( sarı) kenqurudur. Onun çəkisi 90 kiloqrama yaxındır. Ən balacası isə muskus kenqurusudur, çəkisi cəmi yarım kiloqramdır.

Kisəli şeytanlar

Ətyeyən, yaxud yırtıcı kisəlilərin ən böyüyüdür. Uzunluğu 90 sm (quyruqla birlikdə). Bu heyvanın iti dişləri və güclü dırnaqları var. Kisəli, yaxud Tasman şeytanı əsasən leşlə qidalanır. Həm də qoyun və quşları ovlayır.

Ördəkburunlar

Bu qeyri-adi heyvan Avstraliyada yaşayır. Əksər məməlilərdən fərqli olaraq ördəkburun bala doğmur, yumurta qoyur. Ana ördəkburun iki həftə yuvada özünün iki-üç yumurtasının üstündə kürt yatır. Çıxan balalar ananın dəri məsamələrindən axan südlə qidalanırlar.

Bandikutlar

Onlar Avstraliyada və Yeni Qvineyada yaşayan xırda kisəli heyvanlardır. Demək olar ki, hamısının qısa pəncələri, yumru gövdəsi, iti burnu var. Bandikutlar güclü dırnaqları ilə torpaqdan qurd qazırlar.

Vombatlar

Vombatlar ayıya oxşayan, enli bədənləri, güclü qısa pəncələri olan, o qədər də böyük olmayan kisəli heyvanlardır. Dal pəncələri ilə qazdığı yuvada yaşayır, otla qidalanır.

Koalalar

Koala ayıya bənzəsə də onunla qohumluğu yoxdur. O, kenquru kimi kisəli heyvandır. Avstaliyada evkalipt meşələrində yaşayır.Yalnız bu ağacın yarpaqları ilə qidalanır. Bala ilk altı-yeddi ayı kisədə, sonra isə müstəqil qidalanana kimi anasının belində gəzir. Balanın çəkisi 6 qr, yaşlı heyvanın çəkisi 11 kq, uzunluğu 78 sm olur. Koala gün ərzində 500 qr, evkalipt yarpağı yeyir.

Təsnifat

İstinadlar

Həmçinin bax