Otlaq
Otlaq – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən sahə. Otlaq təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii otlaqlarda bitki örtüyü çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol və kollardan ibarət olur. Süni Otlaqda isə bitki örtüyü çoxillik və birillik taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır. Azərbaycanda təbii biçənək və otlaqlar əsasən Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Salyan düzlərində yerləşərək təbii otlaqların 67%-ni, dağlarda isə Böyük və Kiçik Qafqazda, Talışda orta dağlıq, subalp] və alp zonalarını əhatə edərək təbii otlaqların 33%-ni təşkil edir.[1]
Otlaq dövriyyəsi
Otlaq ərazilərinin ardıcıl istifadə olunan sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə tətbiq oluna bilər.
Otlaq eroziyası
Otarma normasına riayət etmədən intensiv otarma nəticəsində torpağın dağılması.
Otlaq qrupları
Adətən bir formasiya daxilində bir-birinə yaxın (oxşar) otlaq tiplərini birləşdirir.
Otlaq resursları
Ev və vəhşi heyvanların otlaması məqsədilə istifadə olunan bitki örtüyü sahələri.
Otlaq və biçənəklərin təsnifatı
Onların otlaq tipinə, otlaq sinfinə, otlaq sahəsinə (məs. bozqır otlağı, səhra otlağı, meşə otlağı və s) bölünməsinə deyilir.
Otlağın tutumu
Bir ay (30 gün) ərzində otlaq sahəsində otlarıla bilən (otarılması mümkün olan) bu və digər növ ev heyvanlarının sayı. Bir heyvanın gündəlik tələbatı P (1 kq otlaq yemi və ya yem vahidi), otlağın sahəsi – Q (ha-la), yemin faydalı ehtiyatı –Z (kq/ha-la) və tövsiyə olunan otlaqdan istifadə əmsalı –K (%-lə) əsasında müəyyən olunur, yəni:
Otlaqqoruyucu meşə zolaqları
Otlaqlarda mikroiqlimi yaxşılaşdırmaq, otlağı, heyvanları tozlu küləklərdən, tufandan qorumaq məqsədilə salınır. Otlaqqoruyucu meşə zolaqlarının təsirilə otlaqda bitki örtüyü yaxşılaşır, otlaq dövriyyəsini aparmaq asanlaşır, torpağın münbitliyinin artmasına şərait yaranır, bununla da otlaq kökündən yaxşılaşır, əlavə yem mənbəyi kimi istifadə edilir. Otlaqqoruyucu meşə zolaqları sıx quruluşlu olub adətən 3 cərgəli, zolaqların arası 3–5 m, cərgədə ağacların arası 1,-5–2,5 m götürülür. Zolaq salınandan sonra 3–5 il mal-qara otarılması dayandırılır.
Otlaq torpaqlarının deqradasiyası
Otlaq torpaqlarının deqradasiyası otlaqların nizamsız otanlması bitki örtüyünün dəyişməsinə, nəticədə isə torpaqların deqradasiyasına səbəb olur. Bu hadisəni otlaq diqressiyası adlandırırlar.
Otlaq diqressiyasının əsas məsələləri
Diqressiyanın inkişafı otarılan heyvanların növ xüsusiyyətlərindən və intensivliyindən, otlaqların istifadə edilmə intensivliyindən, otlaq bitkilərinin tapdalanmaya davamlılığından asılıdır. Məsələn, qırmızı topal və ağ yonca tapdalanmaya son dərəcə davamlı olması ilə səciyyələnir. Otlaq diqressiyasının aşağıdakı məsələlərini fərqləndirirlər:
- 1–2. Otarmanın təsiri yoxdur və ya çox zəifdir. Biçənəyin başlanğıc mərhələsidir. Böyük və enliyarpaqlı müxtəlif otlar ilə yanaşı olaraq biçənək tipli hündür taxıl otlan təşkil edən yüksək otluq səciyyəvidir. Bu, otarma və ot çalını zəif təsir edən çəməndir.
- 3–4. Otarmanın təsiri zəifdir, biçənək mərhələsidir. Otarma və erkən ot biçini müxtəlif otluluğa təsir göstərir ki, bu da taxıl bitkilərinin (çəmən topalı, pişikquyruğu, qılçıqsız tonqalotu, çəmən tülküquyruğu) inkişaf etməsinə imkan verir.
- 5. Otarmanın təsiri orta dərəcədədir, yanmotlaq mərhələsindədir. Əsas müxtəlif otluluq praktik olaraq tökülür, otlaq alaq otları meydana çıxır. Hündür biçənək taxıl bitkilərinin yerini alçaq taxıl bitkiləri tutur.
- 6–7. Otarmanın təsiri güclüdür, otlaq mərhələsidir. Alçaq otlaq taxıl bitkiləri (çəmən qırtıcı və ya dişəsi, qırmızı topal, ağ tarlaotu) və sərilən paxlalı bitkilər (ağ və ya sürünən yonca) üstünlük təşkil edir. Çoxillik alaq otları — zəncirotu, kulbaba, ördəkqaytarma, qaymaqçiçəyi artır.
- 8. Yanına pozulma. Ot örtüyü seyrəkdir. Hündür ot bitkilərinə nadir hallarda rast gəlinir, çoxillik alaq bitkiləri otlaq taxıl bitkilərinin yerini tutmağa başlayır, yəni onlan sıxışdırıb aradan çıxardır. Birillik alaq bitkiləri — quş qırxbuğumu, birillik qırtıc və ya dişə, quşəppəyi meydana çıxır. Çox vaxt çaqqal qanqalı, şeytanqanqah artır.
- 9. Pozulma. Ot örtüyü çox seyrəkləşib, əsasən quş qırxbuğumu və digər birillik alaq bitkiləri inkişaf edir.
- 10. Tam pozulma. Torpaq çılpaqlaşıb, tək-tək bitkilərə rast gəlinir.
Otarmanın əsas nəticələri
Otarmanın təsiri altında torpaqların xassələri, birinci növbədə onların fiziki xassələri əhəmiyyətli dərəcədə dəyişir. Həddindən artıq otarmanın labüd nəticəsi — torpaqların kipləşməsi (bərkiməsi) heyvanların dırnaqlarının təsiri altında baş verir. Bəzən bərkimə, xüsusən yazda torpaqların həddindən artıq nəmlənməsi dövründə torpaq kütləsinin yerdəyişməsi ilə yanaşı olaraq baş verir. Heyvanların dırnaqları torpağın 8–12 sm dərinliyinə qədər təzyiq göstərir, daha dərində o zəifləyir. Torpaqların bərkiməsi (kipləşməsi) məsaməliyin, ilk növbədə aqreqatlararası məsaməliliyin azalması və su-hava rejiminin pisləşməsi ilə də əlaqədardır. Torpağın strukturu əhəmiyyətli dərəcədə pisləşir, bununla bərabər nəinki torpağın kəltənliliyi artır, hətta aqreqatların suya davamlılığı kəskin surətdə azalır. Yüksək humuslu torpaqlarda qeyd edilmiş hadisə çox az dərəcədə təzahür edir. Torpaqların fiziki xassələrinin dəyişməsi onların kimyəvi xassələrinin pisləşməsi ilə yanaşı olaraq baş verir. Həddindən artıq otarma nəticəsində ən əhəmiyyətli dəyişmə — torpaqların dehumifikasiyasıdır. Bu, onunla əlaqədardır ki, həddindən artıq otarma ekosistemdə bioloji dövranı əhəmiyyətli dərəcədə dəyişdirir, yerüstü fitokütlənin xeyli hissəsi heyvanlar tərəfindən yeyilir və humifikasiya prosesinə daxil olmur. Hərçənd üzvi maddələrin bir hissəsi heyvanların ifrazatı ilə daxil olur, lakin əvəzolunma baş vermir, ona görə də otlaq sahələri üzrə ifrazat qeyri-bərabər paylanır. Dehumifikasiyanın ikinci səbəbi — torpaqların eroziyasıdır. Otarma, daha doğrusu nizamsız və ya həddindən artıq otarma torpaqda qida elementlərinin azalmasına səbəb olur. Torpaqların bərkiməsinə (kipləşməsinə) çim qatı əhəmiyyətli dərəcədə təsir göstərir. Onun yaxşı ifadə olunması torpağın deformasiyasına (formasının dəyişməsinə) maneçilik törədir, həm də sıxlıq o qədər də şiddətli dəyişmir.
Otlaq diqressiyasının yayıldığı ərazilər
Otlaq diqressiyası istər dağlıq, istərsə də düzən ərazilərdə baş verir. Nival və subnival istisna olmaqla dağlıq ərazi lərin kənd təsərrüfatında mənimsənilməsi bütün yüksəklik qurşaqlarını əhatə edir. Azərbaycanın yüksək dağlıq qurşağını əhatə edən alp və subalp çəmənlikləri yay otlaqları kimi burada heyvandarlığın inkişaf etdirilməsində yem bazası olmaqla bərabər, onların böyük sutənzimləyici və torpaqqoruyucu əhəmiyyəti vardır. Lakin yay otlaqlarına mal-qaranın vaxtından əvvəl və eyni yolla çıxarılması, otlaq dövründə mal-qaranın normadan artıq və sistemsiz otanlması yamaclarda çim qatının pozul¬masına, eroziya prosesinin inkişaf etməsinə və sel axınlarının əmələ gəlməsinə səbəb olur. Nəticədə otlaqlarda bitki örtüyü dəyişir, onun tərkibi pisləşir, torpağın strukturu pozulur və bir sözlə otlaqlar deqradasiyaya məruz qalır.
Yay otlaqları daxilində
Son zamanlar yay otlaqlarında mal-qaranın sistemsiz otanlması nəticəsində otlaq sahələri intensiv eroziya prosesinə məruz qalaraq heyvandarlığı lazımi yemlə təmin edə bilmir və tamamilə istifadədən çıxaraq yararsız daşlı sahələrə çevrilir. Belə sahələrdə leysan yağışları dövründə şiddətli su axınları əmələ gəlir ki, bunlar da torpağı yuyub dağıdır.Yay otlaqlannda mal-qaranın sayca qəbul olunmuş normadan artıq otarılması (norma hər hektara 5–8 baş olmalıdır) nəticəsində də torpağın yuyulması baş verir və otlaq torpaqları müxtəlif dərəcədə eroziya prosesinə məruz qalır. Bildiyimiz kimi, son 20 ildə Azərbaycanda heyvandarlığın ikinci yem bazası olan Kiçik Qafqaz yay otlaqlarının (350319 ha) əsas hissəsi erməni işğalı altındadır. Bu otlaq sahələrinin istifadəsinin mümkün olmaması şübhəsiz ki, digər yay otlaqlarından səmərəli istifadə etməyə mənfi təsir göstərir. Aparılan tədqiqatların nəticələri göstərir ki, erməni işğalı altında olmuş Kəlbəcər, Laçın və Dağlıq Qarabağ ərazisində yerləşən yay otlaqlarından əvvəllər istifadə edən rayonların mal-qarasının bir qisminin Böyük Qafqazın yay otlaqlarına gətirilməsi ərazinin ot örtüyünü sıradan çıxarır və eroziya prosesinin inkişafı üçün əlverişli şərait yaradır. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, eroziyanın inkişaf etməsi ilə əlaqədar olaraq yay otlaqlarının məhsuldarlığı azalır. Belə ki, Zaqatala rayonunun Həmzəqor yaylağında torpaq örtüyü yuyulmamış sahədə otlağın məhsul-darlığı 30,8 s/ha olduğu halda, torpaq örtüyü orta dərəcədə yuyulmuş sahədə 2,4 s/ha olmuşdur. İsmayıllı rayonunun İnək yaylağında torpaq örtüyü yuyulmamış sahədə otlağın məhsuldarlığı 26,7 s/ha olduğu halda, torpaq örtüyü orta dərəcədə yuyulmuş sahədə 2,2 s/ha, şiddətli dərəcədə yuyulmuş sahədə isə cəmi 1,5 s/ha təşkil etmişdir. Yay otlaqlarının məhsuldarlığının aşağı düşməsi nəticəsində torpaqlarda bitkilərin kök qalıqlarının miqdarı azalır və bununla əlaqədar olaraq torpaq örtüyünün eroziyaya, o cümlədən deq-radasiyaya qarşı davamlılığı zəifləyir.
Qış otlaqları daxilində
Azərbaycanın düzən ərazilərində yerləşən qış otlaqlarında da otarmanın təsirindən deqradasiya müşahidə olunur. Cənub-Şərqi Şirvan düzündə yerləşən qış otlaqlarında aparılan tədqiqatlar göstərir ki, sistemsiz otarma ot örtüyünün sıradan çıxmasına, səthdə torpağın strukturunun dağılmasına, defilyasiya nəticəsində xırda hissəciklərin daha intensiv sovrulmasma və bununla əlaqədar olaraq qranulometrik tərkibin dəyişməsinə səbəb olur. Otarılmamış sahədə fiziki gilin miqdarı 28,9% olduğu halda, sistemli otarılmış sahədə 22,0% olmuşdur. Lakin sistemsiz otarılmış sahədə isə fiziki gilin miqdarı xeyli azalaraq 18,2% təşkil etmiş və əksinə fiziki qum artmışdır. Otarma torpaqda humusun azalmasına daha çox təsir edir. Bu azalma üst qatlarda özünü daha çox göstərir. Belə ki, Mingəçevir su anbarının ətrafında boz-qonur torpaqlarda otarılmamış otlaqda 0–8 sm-lik qatda humus 1,27% olduğu halda, sistemli otanlmış otlaq sahəsində torpağın 0–6 sm-lik qatında 0,94% olmuşdur. Cənub-Şərqi Şirvan düzündə otarılmamış sahədə 0–9 sm-lik qatda 1,52%, sistemli olarılmış sahədə 0–7 sm-lik qatda 1,25%, sistemsiz otanlmış sahədə isə 0–5 sm-lik horizontda 0,85% humus olduğu müəyyənləşdirilmişdir.
Otlaq torpaqlarının deqradasiyasının qiymətləndirilməsi
Ərazilərin kənd təsərrüfatında istifadə edilməsinə əkinçilik və heyvandarlıq istiqamətləri daxildir. Bu və ya digərinin dağlıq ərazilərdə təsərrüfat işlərinin aparılması üçün spesifik üsullar vardır. Əkinçilikdə eroziyaya qarşı aqrotexniki tədbirlərin aparılması və qısa müddət ərzində yetişmiş bitki məhsullarının yığılmasıdır. Heyvandarlıqda onun forması, yay və qış otlaqlarında otarmanı dövrlərə ayırmaqla mal-qaranın otarılmasıdır. Yay otlaqları kimi, əkinçilik mümkün olmayan alp və subalp çəmənləri istifadə olunur. Dağlıq rayonlanların çox hissəsində, xüsusən yüksək dağlıq ərazilərdə heyvandarlıq (otlaq) istiqaməti üstünlük təşkil edir. Buna görə antropogen təsirə məruz qalan otlaqların və onların torpaq örtüyünün yerləşdiyi dağ ekosistemlərinin vəziyyətinə-onların davamlılığının əsas amillərinə nəzarət-dağlıq şəraitində təbii mühitin vəziyyətinə nəzarətin vacib elementidir.
Deqradasiya dərəcəsinə görə qruplaşdırılması
Otlaq torpaqlarında çimin olması və onun vəziyyəti — torpaqların asan təyin edilə bilən morfoloji əlamətidir. Buna görə onu otlaqların torpaq örtüyünün qiymətləndirilməsində istifadə etmək əlverişlidir. Belə ki, Mərkəzi Qafqazın otlaq torpaqlarının deqradasiya dərəcəsinə görə qruplaşdırılması üçün aşağıdakı sadə meyarlar təklif edilmişdir:
- Çim normal vəziyyətdədir, mexaniki zədələnmə yoxdur, eroziya müşahidə edilmir.
- Çim mexaniki zədələnmişdir, humus qatı qismən çılpaqlaşmışdır.
- Çim qalıqları böyük sahəni tutur, torpağın çimdən məhrum edilmiş hissəsi eroziyaya uğramışdır.
Torpağın bu morfoloji xassələri torpağın digər xassələrilə korrelyasiya edilir, xüsusilə birincidən üçüncü qrupa doğru getdikcə qranulometrik tərkib yüngülləşir, torpaqların sıxlığı dəyişir, humusun miqdarı 12%-dən 4%-ə qədər azalır. Torpaqların fiziki deqradasiyası tara şəkildə dağ otlaqları üçün də tətbiq edilə bilən onlann xassələrinin kompleks dəyişməsinə görə müəyyən edilir. Dağ otlaqları üçün əlavə, asan nəzarət edilən morfoloji əlamətlər mal-qara cığırlarının olması və sıxlığıdır.Mal-qara cığırları səthi axının əmələ gəlməsinə və su eroziyasının inkişaf etməsinə imkan yaradır. Bundan başqa onlar otlaqların məhsuldarlığını kəskin surətdə azaldır.
Torpaq-ekoloji monitorinqin göstəriciləri
Ümumiyyətlə, dağ otlaqlarının torpaq-ekoloji monitorinq göstəriciləri aşağıdakılardır:
- fitokütlənin növ tərkibi, ehtiyatı və strukturu;
- layihə örtüyü;
- çim qatının mövcud olması və onun qalınlığı;
- torpağın sıxlığı;
- torpağın struktur vəziyyəti (aqronomik baxımdan dəyərli aqreqatların miqdarı və onların suyadavamlılığı);
- humusun miqdan, ehtiyatı və tərkibi;
- qida elementlərinin (N.P.K) miqdan;
- humus qatının qalınlığı;
- xətti eroziya formalarının mövcud olması və onlann ölçüləri.
Bu göstəricilər üzərində nəzarət 3–5 ildən bir və bəzən daha tez olmaqla bir dəfə aparılmalıdır. Dağlıq ərazilərdə torpaq-ekoloji monitorinqin təşkilat struktura olmadığı halda, onun göstəricilərinin müəyyən edilməsi ərazinin aqrokimyəvi tədqiqat nəticələrinə əsasən aparıla bilər. Humusun tərkibinə daha gec-5–10 ildən bir olmaqla bir dəfə nəzarət etmək lazımdır ki, bu da aqrokimyəvi tədqiqatların aparılma müddətilə uyğunlaşdırılmalıdır.
İstinadlar
- ↑ Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008