Qara Afrika

Afrikanın siyasi xəritəsi. Qara Afrikaya daxil olan ərazilən yaşıl rənglə verilmişdir.
Afrikanın Qara Afrikanın sərhədini açıq-aydın göstərən peykdən çəkilmiş şəkli.

Qara Afrika və ya Böyük Səhradan cənubdakı AfrikaAfrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad. Afrikanın bu qisminə Şimali Afrikadan[a] fərqli olaraq, əsasən qaradərililər məskən salmışdır. Buna görə də Afrikanın bu hissəsi Qara Afrika adlanır.

Afrika qitəsinin bü cür bölünməsi e.ə. III minilliyin ortalarına təsadüf edir.[1][2] bu dövrdə Böyük Səhra formalaşmağa başlayır. Böyük Səhra sivilizasiyaların qarşılıqlı əlaqəyə girməsinə böyük maneə olmuşdur. Afrika qitəsinin bu iki hissəsi arasındakı yeganə keçid Nil çayıdır. Burada yaranmış sivilizasiyaların Qədim Misirlə yaxından əlaqələri var idi.

E.ə. I minillikdə Qara Afrikada dəmir metallurgiya geniş yayılmışdı. Qara Afrikanın əhalisi Tunc dövrünü yaşamamışdır. Burada neolit dövründən dəmir dövrünə birbaşa keçid gerçəkləşmişdir.

BMT-yə əsasən, Qara Afrika Böyük Səhradan tamamilə və ya qismən cənubda yerləşən bütün ölkələri əhatə edir.[3] Müasir siyasi bölgüyə əsasən, Qara Afrika 48 ölkəni əhatə edir. Bəzən Madaqaskar da coğrafi yaxınlığına görə Qara Afrikanın bir hissəsi hesab edilir, ancaq ölkə tamamilə bir adada yerləşir və qitəylə birbaşa əlaqəsi yoxdur.

Termindən istifadə kəskin şəkildə tənqidə məruz qalmışdı, çünki bu, sadəcə kartoqrafiya konvensiyaları və Afrikanı Avropa dövlətlərindən tabe etmək layihələri müstəmləkəçilik siyasəti tərəfindən yaradılmışdır.[4][5]

Tamamilə Qara Afrikada yerləşən ölkələr

Qismən Qara Afrikada yerləşən ölkələr

Həmçinin bax

Qeydlər

  1. Burada, Avropoid irqinə mənsub olan xalqlar məskən salmışdır.

İstinadlar

  1. "Sahara's Abrupt Desertification Started by Changes in Earth's Orbit, Accelerated by Atmospheric and Vegetation Feedbacks" Arxivləşdirilib 2014-03-07 at the Wayback Machine, Science Daily.
  2. Claussen, Mark; Kubatzki, Claudia; Brovkin, Victor; Ganopolski, Andrey; Hoelzmann, Philipp; Pachur, Hans-Joachim. "Simulation of an Abrupt Change in Saharan Vegetation in the Mid-Holocene" (PDF). Geophysical Research Letters. 26 (14). 1999: 2037–40. Bibcode:1999GeoRL..26.2037C. doi:10.1029/1999GL900494. 2017-08-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-28.

    "Sahara's Abrupt Desertification Started By Changes In Earth's Orbit, Accelerated By Atmospheric And Vegetation Feedbacks". Science Daily. Science Daily. 12 July 1999. 7 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2019.

  3. "Political definition of "Major regions", according to the UN". esa.un.org (ingilis). BMT. 20 aprel 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2019.[ölü keçid]
  4. Herbert Ekwe-Ekwe. "What exactly does 'sub-Sahara Africa' mean?". Pambazuka News. 2 May 2014. 21 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 April 2019.
  5. "Contemptuousness Of A "Sub-Saharan Africa" By Chika Onyeani". Africannewsworld. 27 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-29.