Benin

Benin
République du Bénin
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
«Fraternité, Justice, Travail (fr. Qardaşlıq, Ədalət, İş)»
Rəsmi dilləri fransız dili
Paytaxt Porto-Novo, Kotonu
İdarəetmə forması Prezident Respublikası
Prezident Toma Yayi Boni [ 6.IV.2006 ]
Baş Nazir Lionel Zinsu [ 18.VI.2015 ]
Sahəsi Dünyada 102-ci
 • Ümumi 112622 km²
 • Su sahəsi (%) 1,9
Əhalisi
 • Əhali 10,5 milyon nəfər (87-ci)
 • Siyahıyaalma (11.V.2013) 9 983 884 nəf.
 • Sıxlıq 93 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 19,8 milyard dollar (142-ci)
 • Adambaşına 1 900 dollar (205-ci)
İnternet domeni .bj
ISO kodu BJ
BOK kodu BEN
Telefon kodu +229
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Benin vilayətləri
Benin

Benin Respublikası (fr. République du Bénin; yor. Orílẹ̀-èdè Olómìnira ilẹ̀ Benin), Benin (fr. Bénin; yor. Benin — Qərbi Afrikada dövlət, rəsmi adı Benin Respublikası. 1975-ci ilədək Daqomeya) — Qərbi Afrikada dövlət. Benin körfəzinə və Qvineya körfəzinə çıxışı var. Şimalda Burkina FasoNiger, şərqdə – Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı — Porto-Novo, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir.

Tarix

Ən qədim dövrlərdən XIX əsrin sonlarınadək

Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar. Ölkənin cənubunda isə fon və aca tayfaları yaşayırdı. XV əsrdə Benin ərazisində portuqaliyalılar göründülər.

XVI–XVII əsrlərdə fransız, holland, ingilis tacirlərinin və qul tücarəti ilə məşğul olanların faktoriyaları və limanlar meydana gəldi. XVII əsrdən Benin və qonşu əyalətlərin sahilboy əraziləri Afikada avropalı qul tacirlərinin ən iri ticarət mərkəzinə çevrildi. Sonralar bu ərazilər Kölə sahili adlandırılmışdır.

XVII əsrdə müasir Benin ərazisində Daqomeya dövləti meydana gəldi. Onun əhalisiinin əsas məşğuliyyəti toxa əkinşiliyi idi. Daqomeya dövləti quldarlığın bəzi elementlərini özündə saxlasa da, o, bir erkən feodal dövləti idi.

XVIII əsrdə Daqomeya hökmdarları qul tücarəti ilə aktiv surətdə məşğul olur, hər il Avropa tacirlərinə 20 minə yaxın qul satırdılar. Bu, XIX əsrin ortalarınadək, Avropa dövlətlərinin əksəriyyəti tərəfindən qul ticarətinin qadağan edilməsinədək davam etmişdi.

Müstəmləkə dövrü

Benin 1893-cü ildən Fransanın müstəmləkəsinə çevrildi. 1904-cü ildə Benin Fransız Daqomeyası adı altında fransız Qərbi Afrikasının tərkibinə daxil edildi. Fransız müstəmləkəçiləri burada sənaye müəssisələri (sabunbişirmə, tikiş və s.) yaratmağa dəmiryolları və şose yolları çəkməyə başladılar.

1946-cı ildə Daqomeya Fransanın dənizarxası ərazisi statusunu aldı. Qubernatorun yanında fəaliyyət göstərən Baş şura yaradıldı. Onun tərkibinə Afrika burjuaziyasının, ziyalılarının nümayəndələri daxil idi.

1958-ci ildə Daqomeya muxtar Respublika kimi Fransız cəmiyyətinin tərkibinə daxil edildi. Daqomeyanın 1959–1960-cı illərdə mövcud olmuş Mali Federasiyasının (MaliSeneqal) tərkibinə daxil edilməsi ideyası səslənsə də, o zaman bu həyata keçirilmədi.

Müstəqillik dövrü

1 avqust 1960-cı ildən Daqomeya Respublikası müstəqil dövlət elan edildi. Daqomeya Respublikasının ilk prezidenti faktiki olaraq ölkədə öz diktaturasını yaradan Maqa Kutuku Yuber oldu. 1963-cü ilin sonlarında ölkədə polkovnik K. Soqlonun başçılığı ilə ilk hərbi çevriliş baş verdi. Yeni Konstitusiya qəbul edildi, çoxpartiyalı sistem bərpa edildi, parlament və parlament seçkiləri keçirildi. Ölkədə "sosializm yolu" kursunu elan edən S. M. Apiti prezident seçildi.

1965-ci ildə yüksək rütbəli zabitlər tərəfindən təşkil olunan ikinci hərbi çevriliş baş verdi. 1968-ci ildə qərbpərəst mövqeyi ilə tanınan E. Zinsu prezident seçildi.

1969-cu ilin dekabrında üçüncü hərbi çevriliş baş verdi. Maqa və Apiti yenidən hakimiyyətə qayıtdılar.

1972-ci ilin oktyabrında mayor Matye Kereku dördüncü dövlət cevrilişi edərək Marksizm-leninizm ideologiyasına əsaslanan birpartiyalı sistem yaratdı, sosializm qurmağı hakimiyyətin əsas vəzifəsi elan etdi. 1974-cü ilin noyabrında ölkəni M. Kerekunun başçılıq etdiyi Siyasi Büro idarə edirdi.

30 noyabr 1975-ci ildən ölkə Benin Xalq Respublikası adlandırılmağa başladı.

1977-ci ildə Boba Denaranın başçılıq etdiyi müzdlular Beninə hücum etsələr də, bu uğursuzluqla nəticələndi.

Əhalisi

Benində əhalinin son siyahıya alınması 11–25 may 2013-cü ildə aparılmışdır. Siyahıya alınmanın nəticələrinə əsasən 2013-cü ildə ölkədə əhalinin sayı 9 983 884 nəfər olmuşdur. Əhalinin illik təbii artımı 2,9 faiz təşkil edir. Orta ömür müddəti 59 ildir. 2007-ci il məlumatına əsasən immun çatışmazlığı virusu ilə yoluxma 1,2 faizdir.

Etnik tərkib

Benində 60-dan çox xalq yaşayır, ölkə əhalisinin əksəriyyətini (təqribən 65 faizini) fon xalqlarına aid olan şərq eve xalqı, həmçinin, daqomey, barba, somba, yoruba, busa və digər xalqlar təşkil edir.

Dil

Ölkədə rəsmi dövlət dili fransız dilidir. Bundan başqa, Benində fon və yoruba (əsasən ölkənin cənubunda), ölkənin şimalında müxtəlif tayfaların dillərindən də geniş istifadə olunur.

Din

Benində əhalinin 42,8 faizini xristianlar (əsasən katoliklər), 24,4 faizini müsəlmanlar, 17,3 faizini buddistlər, 15,5 faizini digər dinlərin nümayəndələri təşkil edir (2002). 15 yaşdan yuxarı əhalinin 34,7 faizi,(qadınların 48 faizi, qadınların 23 faizi) savadlıdır (2002).

Mənbə

Счетчик населения государства Бенин. Данные на 29.11.2013.

İstinadlar

Həmçinin bax