Sığnaq (Xocalı)

Sığnaq
39°43′16″ şm. e. 46°47′59″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.302 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sığnaq xəritədə
Sığnaq
Sığnaq

Sığnaq və ya SığnaxAzərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd.[1]

Tarixi

Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu–Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi.[2]

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir[3].

Əhalisi

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi[4].

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Sığnaq (Xocalı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. "Daha 23 kənd işğaldan azad edildi". report.az (az.). 9 noktyabr 2020. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2020.
  4. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 3

Xarici keçidlər