Uğuldayan qırxlar
Uğuldayan qırxlar (ing. Roaring Forties) — Yerin Cənub yarımkürəsində, 40°-cı və 50°-ci enlik arasında qalan okean ərazisinə dənizçilərin verdiyi ad. Məhz bu bölgədə güclü və daima Qərb küləkləri əsir. Çox zaman dəhşətli tufanlara səbəb olur.
Ərazidə quru hissələrinin az olması nəticəsində küləklər heç bir zəiflədici təsirə məruz qalmır və Hind okeanının cənubunda daha dağıdıcı gücə malik olurlar.. Uğuldayan qırxlar enliyi üzrə Yeri Antarktik sirkumpolyar cərəyanı dövrələyir.
Uğuldayan qırxlar küləkləri Kliper (Clipper route ) marşrutunda önəmli rol oynamış. Bu küləklər haqqında ilk məlumatı 1611-ci ildə holland dənizçisi Hendrik Brauver vermişdir. O göstərmişdir ki, bu yolla daha tez Hind okeanının keçərək Cakartaya çatmaq olar[1]. Hollandiyanın Ost-Hind kompaniyası sonralar bu marşrutu onun şərəfinə «Brauver marşrutu» adlandırmış.