Vietnam Airlines (hərf. Vyetnam Hava Yolları) — Vyetnamın dövlət aviaşirkəti. 1989-cu ilin avqustunda hökumətin qərarı ilə dövlət şirkətinə çevrilmişdir. 1993-cü ildə şirkətin bazasında "Vietnam Airlines"a bir neçə xidmət müəssisəsini birləşdirərək "Vietnam Airlines Corporation" yaradılmışdır. Şirkətin baş ofisi ölkənin paytaxtı Hanoyun Lonqbyen rayonunda yerləşir/[1] Aviaşirkət 2010-cu ilin iyununda "SkyTeam"ə qoşulmuşdur.