Lactarius deliciosus

Lactarius deliciosus
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holomycota
Ranqsız:
Zoosporia
Yarımaləm:
Dikarya
Şöbə:
Bazidiomisetlər
Yarımşöbə:
Agaricomycotina
Sinif:
Agaricomycetes
Yarımsinif:
Incertae sedis/Agaricomycetes
Dəstə:
Fəsilə:
Növ:
Lactarius deliciosus
Beynəlxalq elmi adı

Lactarius deliciosus (lat. Lactarius deliciosus) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin russulales dəstəsinin russulaceae fəsiləsinin lactarius cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.

Qısa morfoloji təsviri

Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 3-10sm cavan dövründə qabarıq, sonradan səthi qıfvari çökmüş, narıncı, sarı-narıncı, hamar, zəif selikli, konsentrik zonalıdır. Lövhələr sarımtıl-narıncı, sıx, qovuşan və ya ayaqcığa doğru bir qədər sürüşəndir. Lövhəciyə toxunduqda çıxan süd şirəsi şirintəhərdir, rəngi narıncı, havanın təsirindən yaşıllaşandır. Ayaqcıq 2-8 x 2-2,5 sm silindrik, içiboş, papaqcıq ilə həmrəngdir. Yüksək keyfiyyətli yeməli göbələkdir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

İynəyarpaqlı ağacların simbiotrofudur. Meyvə cismi avqust-sentyabr aylarında inkişaf edir.

Yayılması

Göygöl Dövlət qoruğunun iynəyarpaqlı meşələrində rast gəlinir.

Sayı və tendensiyası

Populyasiyasıyanın sayı azdır.

Məhdudlaşdırıcı amillər

İynəyarpaqlı ağaclarla simbiotrof inkişaf tərzi məhdudlaşdırıcı amil ola bilər.

Mühafizə tədbirləri

Yeməli göbələk olduğu üçün kütləvi toplanmasına məhdudiyyət qoyulması məqsədəuyğundur.

İstinadlar

  1. Index Fungorum (ing.).

Həmçinin bax